Ağalıda 13 gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək

  • By ilhame
  • 27 Avqust 2024 13:51

Zəngilan rayonunun Ağalı kəndində yerləşən seçki məntəqəsi Dairə Seçki Komissiyası tərəfindən bütün ləvazimatlarla təmin olunub.

 

Gununsesi.info-ya bunu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsinin sədri Allahverdi Nəcəfov deyib.

 

O bildirib ki, məntəqələri Ağalı kəndində yerləşir:

 

“Arıtq bütün seçicilərə bildirişlər paylanılıb. Məntəqə olaraq seçkiyə tam hazırıq. Seçki məntəqəsində ilk dəfə səsvermə hüququna malik olan 13 nəfər var. Həmçinin 94 yaşında olan 2 nəfər ən yaşlı seçicimiz də mövcuddur”.

Gununsesi.info