
İtaliyanın “Atalanta” kollektivi Portuqaliya millisinin qapıçısı Rui Patrisio ilə müqavilə imzalayıb.
Gununsesi.info xəbər verir ki, 36 yaşlı qolkiperin anlaşmasının təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, R.Patrisio son mövsümü “Roma”nın heyətində keçirib. O, ötən mövsüm 24 oyunda 28 qol buraxıb, 6 matçda qapısının toxunulmazlığını saxlayıb.
Gununsesi.info