Volodin Amerikanı Durovun həbsini təşkil etməkdə ittiham edib

“Durovun həbsinin arxasında Vaşinqton dayanır”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

Bildirilib ki, o, Amerika hakimiyyətini Telegram-ın yaradıcısı Pavel Durovun Fransada həbsini təşkil etməkdə ittiham edib: “Telegram ABŞ-ın heç bir təsiri olmayan azsaylı və eyni zamanda ən böyük internet platformalarından biridir. Eyni zamanda, onları maraqlandıran bir çox ölkələrdə fəaliyyət göstərir. ABŞ prezident seçkiləri ərəfəsində Baydenin Telegram-a nəzarəti ələ alması vacibdir”.

Volodinin sözlərinə görə, sosial şəbəkələrdə müşahidə, şantaj və təhdidlər vasitəsilə total senzura ABŞ-da “siyasi nəzarətin ənənəvi üsullarıdır”. O qeyd edib ki, əksər sosial şəbəkələr Vaşinqtonun nəzarətindədir.

 

 

 

İlhamə

Gununsesi.info