61 yaşlı kişi cinsi əlaqədə olduğu üçün həbs edilib

Yaponiyada bir əcnəbi Şinto ziyarətgahının qarşısında cinsi əlaqədə olduğu üçün həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə SoraNews24 saytı məlumat yayıb.

Hadisə Miyaqi prefekturasının Kesennuma şəhərində baş verib. Hadisə şahidi polislə əlaqə saxlayıb və məbədin qarşısında bir cütün cinsi əlaqədə olduğunu bildirib.

Onun sözlərinə görə, kişi məbədin divarına söykənib: “Yer sıx olmasa da, uzaqdan görünürdülər və gizlənmək üçün heç bir səy göstərmirdilər”.

Polis əməkdaşları günahkarları asanlıqla tapıb saxlayıblar.

Qeyd edilir ki, hər ikisi dini binanı təhqir etməkdə ittiham olunublar.

 

 

İlhamə

Gununsesi.info