Berlində “Tagesspiegel” qəzetinin binasına boya atılıb

  • By ilhame
  • 27 Avqust 2024 20:14

Naməlum şəxslər Almaniya KİV-in Qəzza zolağında baş verən hadisələri işıqlandırmasına etiraz olaraq Berlində “Tagesspiegel” qəzetinin binasına qırmızı boya atıblar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, naməlum şəxslər yeraltı qarajın girişində “Alman mediası öldürür” yazısını yazıb və HƏMAS hərəkatı ilə assosiasiya olunan qırmızı üçbucaq çəkiblər.

 

Nəşr iddia edir ki, Almaniya mətbuatının bir çoxu Qəzza zolağında baş verən hadisələri sırf israilyönlü mövqedən işıqlandırır.

 

Polisin məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Gununsesi.info