Gürcüstanın hakim partiyası pravoslavlığı dövlət dini elan etmək istəyir

Hakim “Gürcü arzusu” partiyası pravoslavlığı dövlət dini elan etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın müxalifət mediası  yazır.

Bildirilir ki, “Gürcü arzusu”nun seçki proqramının “sirli” məqamında pravoslavlığın dövlət dini elan edilməsi nəzərdə tutulur.

Məlumata görə, avqustun 26-da Gürcüstan Patriarxlığı hakimiyyətdən belə bir təşəbbüsün gizli şəkildə alınmasından sonra artıq bu məsələ ilə bağlı ən yüksək səviyyəli ruhanilərin iştirakı ilə iclas keçirib.

Bütün Gürcüstanın Patriarxı II İlya guya bunun lazım olmadığı və belə bir addım üçün tarixi məqamın hələ yetişmədiyi arqumenti ilə buna qarşı çıxıb.

Həmçinin bəzi kilsə xadimlərinin əks arqumenti ondan ibarətdir ki, bu halda kilsə dövlətdən daha az müstəqil olacaq.

Rəsmi qurumlardan hələlik heç bir rəsmi açıqlama verilməyib, lakin “Gürcü Arzusu” açıq şəkildə bildirib ki, onların məqsədi “Gürcüstanın şəxsiyyətini və milli dəyərlərini qorumaqdır”.

Partiyanın təsisçisi Bidzina İvanişvili bildirib ki, yaxın gələcəkdə ictimaiyyətə “Gürcüstan və xristian inancı üçün ekzistensial əhəmiyyət kəsb edən çox mühüm məsələ” haqqında məlumat veriləcək.

 

 

Günay

Gununsesi.info