Parlament seçkisini izləyəcək beynəlxalq müşahidəçilərin sayı açıqlandı

  • By Günel
  • 27 Avqust 2024 17:02

“Növbədənkənar parlament seçkisini izləmək üçün 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə onlardan 227 nəfəri ATƏT-in Demokratik Təsisatlar və İnsam Haqları bürosunun nümayəndələridir:

“Onlar avqustun 1-dən etibarən fəaliyyətə başlayıblar, seçicilərlə görüşlər keçiriblər.

 

Gununsesi.info