Sabah Qətərdə danışıqlar aparılacaq

  • By ilhame
  • 27 Avqust 2024 21:11

İsrail nümayəndə heyəti Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqları avqustun 28-də Qətərdə davam etdirməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

“İsrail danışıqlar qrupu avqustun 28-də Dohaya uçmağı planlaşdırır”, – rəsmi bildirib.

O vurğulayıb ki, səfərin məqsədi Qəzzada girovların azad edilməsi ilə bağlı vasitəçilər ilə danışıqları davam etdirməkdir.

Gununsesi.info