Azərbaycanlı MMA döyüşçüsü Qazaxıstanda keçirilən “Octagon” liqasında qalib gəlib

  • By Günel
  • 27 Avqust 2024 16:05

Azərbaycanlı idmançı Fərid Əlibabazadə (57 kq) Qazaxıstanda keçirilən MMA (Qarışıq Döyüş sənəti) “Octagon” liqasında qalib olub.

Gununsesi.info xəbər verir ki, Almatı şəhərində baş tutan qarşılaşmada o, Askar Jaksilikova qarşı döyüşüb və 5-ci raundda boğma fəndi ilə qalib gələrək çempion titulunu qazanıb.

Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.

 

Gununsesi.info