
Almaniya kansleri Olaf Şolz Solingen şəhərindəki hücumdan sonra hüquq-mühafizə orqanlarının Almaniyada qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyasının miqyasını artıracağını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa mediası xəbər verir.
“Biz mümkün olan hər şeyi etməli və Almaniyada qala bilməyən və icazə verilməyənlərin vətənə qaytarılmasını və deportasiya edilməsini təmin etməliyik” – deyə Şolz vurğulayıb.
O, festivalda baş verən hücumu ölkədəki bütün insanlara qarşı terror adlandırıb.
Bildirilib ki, hücumdan sonra Almaniya hökuməti miqrasiya siyasətinə görə tənqid edilib.
Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Solingendə bıçaqla silahlanmış şəxs festivala gələn insanlara hücum edib. Nəticədə 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Şübhəli 26 yaşlı Suriya vətəndaşıdır.
Şəbnəm
Gununsesi.info