
“Fransa onun təqsiri ilə bağlı ciddi sübut təqdim etməsə, Durovun işi siyasi hesab edilə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, qeyd edib ki, ittihamlar həqiqətən də çox ciddidir:“Onlar eyni dərəcədə ciddi sübut bazası tələb edir.Əks təqdirdə, birbaşa ünsiyyət azadlığını məhdudlaşdırmaq cəhdi olacaq və hətta bir qurumun rəhbərinə hədə-qorxu gəlmək olar. Yəni, bəlli olacaq Makronun dünən bu hekayədə varlığını inkar etdiyi siyasətdir”.
Onun sözlərinə görə, Moskva Durova yardım göstərməyə hazırdır, lakin “Telegram”-ın yaradıcısının Fransa vətəndaşlığı vəziyyəti çətinləşdirir.