“Durovu kiminsə məsləhəti əsasında saxlayıblar”

  • By Günel
  • 27 Avqust 2024 15:50

“Fransa rəhbərliyi teleqramın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir: “Fransızların addımı teleqram messencerinin həqiqətən etibarlı və populyar olduğunu sübut edir”.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlamasında “Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır” deyə qeyd edib.

 

Gununsesi.info