
Taliban ABŞ-ın Özbəkistana təyyarə avadanlığının təhvil verilməsi ilə bağlı bəyanatlarına cavab verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın əfqan xalqının əmlakına sərəncam vermək hüququ yoxdur və onlar Daşkənddən “müdrik qərar” – texnikanın Əfqanıstana qaytarılması üçün gözləyirlər.
Xatırladaq ki, 2021-ci ilin yayında Taliban Kabili ələ keçirəndə Əfqanıstan Hərbi Hava Qüvvələrinin helikopteri və reaktiv pilotları tələsik Özbəkistan və Tacikistana uçub.
Verilən məlumatlara əsasən isə daha əvvəl qeyd edilmişdir ki, ABŞ Özbəkistana əvvəllər Əfqanıstanda olan təyyarələr verib.
Qeyd edək ki, ABŞ-ın Özbəkistandakı səfiri Conatan Henik Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan hərbçilərinin oğurladığı aviasiya texnikasının taleyindən danışıb.
Günay
Gununsesi.info