
Azərbaycanın tanınmış rəssamı, Əbülfəz Fərəcov Türkiyədə yaşayan azərbaycanlı iş adamı Palmali Şirkətlər Qrupunun sahibi, Mübariz Mənsimovun qonağı olub.
Gununsesi.info bildirir ki, bununla bağlı iş adamı özünün sosial şəbəkə hesabında yazıb:
“Bugün dəyərli sənətkar, rəssam Əbülfəz Fərəcov qonağım oldu. Sənətkar mənə gözəl əsərlərindən birini hədiyyə etdi. Mən sənət adamlarımızı hər zaman diqqət mərkəzində saxlamağı, onlara bacardığım qədər dəstək olmağı özümə borc bilirəm. Çünki, müasir dünyada vətənimizi, millətimizi tanıtmaq üçün, ilk növbədə, inkişaf etmiş sənətə malik olmalıyıq. Hər bir imkanlı şəxs sənətə dəstəyini göstərməlidir. Evimdə və ofisimdə Azərbaycanlı rəssamların bir çox əsərlərini saxlayan insan kimi əminliklə deyirəm ki, sənət ölməməli, əksinə, yaşamalı və günü-gündən inkişaf etməlidir. Əbülfəz bəyin Bakıdakı sərgisinə dəvət alsam da, gele bilmədim. Lakin onun əsərləri ilə burada tanış olmaq mənə nəsib oldu”.