Putin Mahmud Abbasla bu məsələləri müzakirə etdi

  • By Günel
  • 24 Oktyabr 2024 21:41

Putinin Fələstin lideri Mahmud Abbasla görüşü başlayıb.

Gununsesi.info xəbər verir ki, görüş BRICS sammiti çərçivəsində baş tutub.

Liderlər ikitərəfli əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Eyni zamanda Qəzza zolağındakı münaqişənin tez bir zamanda dayandırılması və sülh prosesinin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Putin vurğulayıb ki, o, İsraillə sülh və təhlükəsizlik şəraitində birgə yaşayacaq suveren Fələstin dövlətinin yaradılmasının və münaqişənin siyasi və diplomatik yolla həllinin tərəfdarıdır.

Xatırladaq ki, liderlər bu il ərzində ikinci dəfə görüşüb. Sonuncu dəfə Abbasın avqustda Moskvaya səfəri zamanı tərəflər arasında görüş baş tutub.

Fələstin prezidenti ilə danışıqlardan sonra Putin Boliviya, Laos, Mavritaniya prezidentləri, Vyetnamın baş naziri və BMT-nin baş katibi ilə danışacaq.

Gununsesi.info