Zurabişvili seçkilərdən sonra həbs olunacağından ehtiyat edir

Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, o, qarşıdan gələn parlament seçkilərindən sonra vəzifəsindən kənarlaşdırıla və həbs oluna bilər.

Gununsesi.info xəbər verir ki, siyasətçi bunu Gürcüstanın müxalif Mtavari telekanalının verdiyi məlumata görə, mətbuat konfransında deyib.

Bildirilir ki, jurnalistlər prezidentdən “Gürcü arzusu”nun oktyabrın 26-da keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə nə baş verəcəyini proqnozlaşdırmağı xahiş ediblər.

“Əgər bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər”, – deyə Zurabişvili cavab verib

Xatırladaq ki, “Gürcü arzusu” Zurabişvilinin dəstəklədiyi müxalifətin səsvermədən sonra çevriliş hazırladığını bəyan edir.

Eyni zamanda, həmin mətbuat konfransında prezident bildirib ki, Gürcüstanda heç kim dövlət çevrilişi etməyi və Mərkəzi Seçki Komissiyasının binasını ələ keçirməyi planlaşdırmır: “Heç kim və ilk növbədə mən burada dövlət çevrilişi etməyi planlaşdırmıram ki, MSK-nın binası yerində dayana bilməz və (komissiya) seçkilərin real nəticələrini dərc etməklə məşğuldur”.

 

 

Şəbnəm

Gununsesi.info