Finlandiya sursat komponentlərinin Rusiyaya daxil olmasının qarşısını alacaq

Finlandiya sursat komponentlərinin Rusiyaya getməsinin qarşısını almaq üçün onların ixracını məhdudlaşdıracaq.

Bu barədə Gununsesi.info  ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Departament qeyd edib ki, mülki təyinatlı sursatların ixracına xüsusi icazələr tətbiq ediləcək.

Вводная картинка

Daxili İşlər Nazirliyi aydınlaşdırıb ki, yeni tədbirlər mövcud sanksiya rejimlərini tamamlamaq üçün zəruridir.

Məlumata görə, Finlandiya Cinayət Məcəlləsində patron komponentlərinin icazəsiz ixracına görə cəzalar nəzərdə tutulacaq.

Bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsində işi tam dayandırdığını bəyan edib.

 

Gununsesi.info