
Venesuela Braziliyanın inkişaf etməkdə olan iqtisadiyyatların Brics qrupuna qəbuluna veto qoyma qərarını tənqid edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyi qrupun Rusiyada 20-dən çox dövlət başçısının iştirak etdiyi sammitində atılan addımı “əxlaqsız təcavüz” kimi qiymətləndirib.
Belə ki, iki solçu hökumət arasında münasibətlər iyulda Venesuelada keçirilən mübahisəli prezident seçkilərindən sonra pisləşib.
Prezident Nikolas Maduro müxalifətdən Edmundo Qonzalesin böyük fərqlə qalib gəldiyinə dair sübutlara baxmayaraq, yenidən seçildiyini bildirib.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva əvvəlcə Maduronu dəstəkləsə də, lakin sonda səslərin bölgüsü açıqlanana qədər rəsmi nəticələri qəbul etməyəcəyini söyləyib.
Bir çox xarici hökumətlər müxalifətin Venesueladakı seçkilərdə qalib gəldiyinə inandıqlarını, lakin Qonzalesi prezident kimi tanımaqdan çəkindiklərini bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin də mətbuat konfransında deyib:
“Biz Braziliyanın mövqeyini bilirik. Biz razı deyilik, Venesuela onun yaşaması üçün mübarizə aparır”.
Putin onu da əlavə edərək deyib ki, “iki Cənubi Amerika qonşusuna münasibətləri düzəltməyə kömək etməyə çalışacaq.”
Orxan Saffari