
Çində Guiyang Aralıq Xalq Məhkəməsi 17 uşağı qaçıraraq satan qadını ölüm cəzasına məhkum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Çinin NetEase xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölüm hökmü Quyçjou əyalətində yetkinlik yaşına çatmayanların oğurlanması və satışı işinin əsas günahkarı olan Çin sakini Yu Huaiyingə verilib.
Məhkəmədə xəbər verildiyi kimi, qadının fəaliyyəti 12 ailənin dağılmasına səbəb olub.
Uşaqları qaçırılan valideynlərdən bəziləri depressiyadan dünyasını dəyişib.
Qaçırılan uşaqlar, həmçinin onların bioloji valideynləri və azyaşlıların satıldığı qəyyumların ailələri arasında aparılan DNT testləri sayəsində Yu Huaiyingin günahını sübut etmək mümkün olub.