BRICS 13 ölkəyə tərəfdaşlıq verdi – Azərbaycan yoxdur!

  • By Günel
  • 24 Oktyabr 2024 20:57

BRICS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Tələsmək lazım deyil. Azərbaycan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının toplantılarında iştirak edir, müzakirələrə qatılır və bu çərçivədə ikitərəfli təmaslardan faydalanır, hələlik, bu kifayətdir.

Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“BRICS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRICS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRICS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir”, – o bildirib.

Qeyd edək ki, Kazanda keçirilən sammitdə BRICS-ə üzv dövlətlərin liderləri hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə BRICS tərəfdaşı statusu vermək qərarına gəliblər.

Gununsesi.info