Maliyyə meneceri 100 milyon avronu saxta yolla ələ keçirib - FOTO

  • By Günel
  • 24 Oktyabr 2024 22:52

Keçmiş maliyyə meneceri Aurelie Bard məşhur moda brendi Kiabi-dən 100 milyon avro ələ keçirdikdən sonra dəbdəbəli həyat sürərkən yaxalanıb.

Gununsesi.info Sozcu.com.tr-yə istinadən xəbər verir ki, əvvəllər də fırıldaqçılıq ittihamı ilə məhkum olunan Bardın saxta arayışla moda nəhəngində işə düzəldiyi öyrənilib.

Fransız interyer dizayneri Aurélie Bard Kiabi-nin maliyyə meneceri vəzifəsində işləyərkən Volksbank hesabına 100 milyon avro köçürməklə şirkəti böyük miqyasda aldadıb. Əvvəllər dələduzluğa görə məhkum olunmuş Bard saxta arayışlarla Kiabiyə girməyi bacarıb. Moda nəhənginin ona güvənməsi və külli miqdarda pulu ona etibar etməsi Bardın planının başlanğıcı idi.

Bard pulu Volksbank Düsseldorf Neuss-da açılan hesaba köçürüb və tezliklə başqa banka yönəldib. Bu hərəkət pulun izini itirməsinə səbəb olub. Kiabi bir müddət sonra vəziyyəti anlayıb və bankdan pulun geri alınmasını istəyib. Ancaq pul çoxdan xaricə çıxmışdı.

Aurelie Bard fırıldaqçılıq yolu ilə qazandığı pullarla dəbdəbəli həyat sürməyə başlayıb. Floridanın cənubunda interyer dizayneri kimi tanınan Bard məşhur həyat tərzi jurnalının üz qabığına çıxıb və sosial mediada dəbdəbəli həyatını nümayiş etdirib. Lakin bu göstərişli həyat onun tutulmasına səbəb oldu. Hazırda Fransada saxlanılan Bardin ekstradisiya edilib-edilməyəcəyi bəlli deyil.

Bard şəxsi təyyarə ilə Korsikaya keçmək istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən tutularaq həbs edilib.

Kiabi itirilmiş pulu qaytarmaq üçün hüquqi prosesə başladı. Düsseldorf prokurorluğu hadisəni ciddi fırıldaqçılıq və sənəd saxtakarlığı kimi araşdırır.

100 milyon avronu izləyən səlahiyyətlilər pulun böyük hissəsinin türk bankında olduğunu təxmin edir, lakin qəti məlumat yoxdur. Kiabi pulu geri almaq üçün beynəlxalq hüquqi prosesləri izləyir.

Düsseldorf Prokurorluğu, məhkəmə prosesinin uzun ola biləcəyini açıqladı. Aurelie Bardın yaxın aylarda hakim qarşısına çıxacağı gözlənilir.

Günel Həssənova

Gununsesi.info