19 yaşlı qızın yanmış meyiti işlədiyi bazarın çörək sexində tapılıb…

Kanadada yaşayan 19 yaşlı hindistanlı qız işlədiyi bazarın çörək sexində ölü tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bir neçə il əvvəl Kanadaya köçən Gürsimran Kaurdan xəbər alınmadıqdan sonra anası işlədiyi bazara gəlib.

Belə ki, qızının yanmış meyitini təndirdə tapan ana gördüklərindən dəhşətə gəlib.

Səlahiyyətlilər istintaqın getdiyini bildirir.

Kanadanın qeyri-hökumət təşkilatları ölkəyə böyük ümidlərlə gələn gənc qızın belə dəhşətli vəhşiliyin qurbanı olmasından çox təəssüfləndiklərini bildiriblər.

Orxan Saffari

Gununsesi.info