
Hindistanda yaxınlaşan tropik tufanla bağlı xəbərdarlıq elan edilib.
Gununsesi.info xəbər verir ki, fırtınanın vuracağı gözlənilən Benqal körfəzində məktəblər bağlanarkən 300 min insan təhlükəsiz bölgələrə təxliyə edilib.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada küləyin sürətinin saatda 100-120 kilometr olduğu və bu gün gec və ya sabah səhər saatlarında ölkənin şərq sahillərindən quruya çatmasının gözlənildiyi qeyd edilib.
Orxan Saffari