
Arxeoloqlar Özbəkistanın şərqindəki dağlarda iki orta əsr şəhərinin qalıqlarını tapdılar ki, bu da bizim əfsanəvi İpək Yolu haqqında anlayışımızı dəyişdirə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şərq və Qərb arasında mal və ideya mübadiləsi ilə tanınan ticarət yollarının uzun müddətdir ki, düzənlik şəhərlərini birləşdirdiyinə inanılırdı.
Ancaq uzaqdan zondlama texnologiyasından istifadə edərək, arxeoloqlar indi ticarət yollarının əsas kəsişməsində yerləşən ən azı iki dağlıq şəhər tapdılar.
Şəhərlərdən biri – ən azı 120 hektar ərazini əhatə edən, metropol olan Tugunbulak dəniz səviyyəsindən 2000 m (6,600 fut) hündürlükdə yerləşir və bu yüksəklik bu gün də yaşayış üçün əlverişli deyil.
Tədqiqat qrupunun bir hissəsi olan arxeoloq Fərhod Maksudov “Mərkəzi Asiyanın tarixi indi bu tapıntı ilə dəyişir” deyib.
Guman edilir ki, Tugunbulak və daha kiçik olan Taşbulak şəhəri 8-11-ci əsrlər arasında, Orta əsrlərdə, ərazinin güclü türk sülaləsinin nəzarətində olduğu dövrdə canlı yaşayış məntəqələri olub.
Bu gün dünya əhalisinin yalnız 3%-i bu hündürlükdə yaşayır. Məsələn, Tibetdəki Lhasa və Perudakı Kusko nadir nümunələr arasındadır.
Orxan Saffari