Prokuror Menendez qardaşlarının şərti azadlığa buraxılmasını dəstəkləyir

Xəbər verdiyimiz kimi, valideynlərini öldürməkdə təqsirli bilinən iki qardaşın məhkəmə işi davam edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Erik və Lyle Menendez qardaşlarının şərti azadlığa buraxılması dəstəklənib.

Belə ki, bu təklifi , Los Angeles Dairə prokuroru tövsiyə edib.

Məlumatlara görə, cinayət işində yeni dəlillər onların ömürlük həbs cəzalarına yenidən baxılmasına əsas verir.

Qeyd edək ki, 1989-cu ildə baş vermis bu hadisə- Kitty və Jose Menendez-in Beverli Hillsdəki malikanəsində qətlə yetirilməsi illərdir ABŞ-ı əhatə edib və hətta bu yaxınlarda məşhur Netflix serialına da ilham verib.

Orxan Saffari

Gununsesi.info