Azərbaycanın üç boksçusu qələbə ilə başladı - FOTO

  • By Günel
  • 24 Oktyabr 2024 22:59

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.

Gununsesi.info xəbər verir ki, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda sloveniyalı Ayda Kopse ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kq çəkidə Əli Abdullayev debütdə albaniyalı Skender Laladan 4:1 üstün olub. Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, tunisli Montassar Ben Zidi 5:0 məğlub edib. Milli üzvü ikinci qarşılaşmasını gürcüstanlı Giorgi Natroşviliyə qarşı keçirəcək.

Gununsesi.info