
PKK terror təşkilatının silahlı qanadı HPG oktyabrın 23-də Ankarada törədilən terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı təşkilatın bəyanatına istinadən “Sözcü” portalı yayıb.
Məlumata görə, TUSAŞ aerokosmik şirkəti hərbi hədəf olaraq təyin edilib və şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatlarının terror təşkilatına qarşı istifadə olunması səbəbilə hədəf olaraq seçilib.
Xatırladaq ki, sözügedən terror hücumu nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər isə yaralanıb. Terror aktını törədən 2 nəfər isə zərərsizləşdirilib. Hadisədən sonra Türkiyənin milli müdafiə naziri Yaşar Güler hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiyini bildirmişdi.