Müharibəyə son qoymaq üçün müxtəlif variantlar nəzərdən keçirilir

Vaşinqton Qəzza və Livanda müharibəyə son qoymaq üçün “müxtəlif variantlara” açıqdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə oktyabrın 24-də Qətərdə keçirdiyi brifinqdə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O vurğulayıb ki, hazırda belə variantlar müzakirə olunur: “Atəşkəs və girov danışıqlarına qayıdaraq, gördüyümüz işlərdən biri, edə biləcəyimiz müxtəlif variantların olub-olmamasına baxmaqdır”.

O, digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, avqustun 24-də Qahirədə İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqlar aparılıb.

 

 

 

Günay

Gununsesi.info