
Moldovada prezident seçkilərində iştirak edən keçmiş baş nazir İon Çiku oktyabrın 20-də keçirilən səsvermənin nəticələrinin kobud pozuntulara görə ləğv edilməsini tələb edərək məhkəməyə müraciət edib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
“Moldova Respublikasında 2024-cü il oktyabrın 20-də keçirilmiş prezident seçkilərində səsvermənin nəticələrinə yekun vurulması və seçkilərin ikinci turunun təşkili ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsini tələb edirik”– deyə siyasətçi brifinq zamanı bildirib.
Bundan əvvəl Moldovada prezident seçkilərinin birinci turunun nəticələri rəsmən təsdiqlənib, ona əsasən respublikanın hazırkı prezidenti Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ikinci tura keçəcəklər.
Moldovanın lideri 42,49%, rəqibi isə 25,95% səs toplayıb.
Növbəti səsvermə isə 2024-cü il noyabrın 3-nə təyin edilib.