Körpünü dağıdan gəminin sahibi 102 milyon dollar ödəyəcək

ABŞ-da körpünü dağıdan gəminin sahibi 102 milyon dollar ödəyəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Martın 26-da ABŞ-da Francis Scott Key körpüsünə çırpılan “Dali” yük gəmisinin sahibi və operatoru hökumətə təxminən 102 milyon dollar təzminat ödəməyə razılaşıb. 

Qeyd edilib ki, alınacaq ödəniş ABŞ Maliyyə Nazirliyinə və qəzanın birbaşa təsirinə məruz qalan və ya cavab tədbirlərində iştirak edən müxtəlif federal qurumların büdcələrinə köçürüləcək.

Onu da qeyd edək ki, hadisə zamanı zərbənin təsirindən təxminən 3 kilometr uzunluğunda olan körpü uçub, körpüdə olan maşınlar və işçilər isə çaya düşmüşdü.

Çaya düşən 8 işçidən 2-si xilas edilib, 6-sı isə həyatını itirib.

Qəzadan sonra təxminən 50 min ton dağıntının çıxarılması üçün 56 federal, əyalət və yerli qurumun iştirak etdiyi əməliyyatda 1500-dən çox zabit və 500 mütəxəssisdən ibarət bir qrup iştirak edib.

Orxan Saffari

Gununsesi.info