
ABŞ-ın texnologiya nəhəngi Microsoft, ABŞ seçkilərinə 2 həftə qalmış Rusiya, İran və Çinin ölkədə demokratik prosesləri zəiflətmək üçün təsir səylərini artırdıqlarını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xüsusilə seçki gününə 48 saat qalmış və seçkidən sonrakı vaxta diqqət yetirilməli olduğu vurğulanıb.
Bildirilib ki, İranın kiber təsir əməliyyatları əsasən Respublikaçılar Partiyasının namizədi Donald Trampın, ruslar isə Demokratların namizədi Harrisin kampaniyasına yönəlib.