Əgər seçilsəm, prokuroru 2 saniyəyə işdən çıxaracam: - Tramp

Tramp Prezident seçiləcəyi təqdirdə xüsusi prokuroru “2 saniyəyə” işdən çıxaracağını bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp radio verilişinə verdiyi müsahibədə aparıcıya “Prezident olanda seçim etməli olacaqsan. Ya özünüzə amnistiya verəcəksiniz, ya da Cek Smiti işdən çıxarmalı olacaqsınız. Hansını edəcəksiniz? sualına diqqətçəkən cavab verib.

Prokuror Smith-i “fırıldaqçı” kimi xarakterizə edən Tramp, onu tez bir zamanda işdən çıxaracağını və prezident olduqdan sonra bu məsələnin həll ediləcək ilk məsələlərdən biri olacağını bildirib.

Orxan Saffari

Gununsesi.info