
Meksikanın Gerrero ştatında kartellər arasında qarşıdurma baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada qarşıdurma zamanı 2 polisin öldüyü, 4 polisin yaralandığı bildirilib.
Açıqlamada əlavə olaraq, Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı bildirilib.
Hadisə zamanı 14 kartel üzvünün həyatını itirdiyi, 11 nəfərin də saxlanıldığı qeyd edilib.
Orxan Saffari