Biləsuvarda 59 yaşlı sürücü sükan arxasında ölüb

  • By Günel
  • 24 Oktyabr 2024 23:22

Biləsuvarda sükan arxasında olan sürücü ölüb.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 1965-ci il təvəllüdlü Namiq Məmmədov sükan arxasında olarkən halı pisləşib. O, idarə etdiyi avtomobilində ölüb.

N. Məmmədovun ürəktutmasından vəfat etdiyi bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info