Qırğızıstan himni dəyişdirmək istəyir

Qırğızıstanda respublikanın yeni himnini yazmaq qərarına gəliblər ki, onu bütün qırğız xalqı oxusun.

Gununsesi.info   xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev deyib.

“İndi ölkəmiz ayağını tapıb, inkişaf yolu ilə gedir, ona görə də biz himni dəyişməliyik. Bizə bütün qırğız xalqının oxuyacağı bir himn lazımdır”-deyə Şakiyev vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Şakiyev də Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinin təşəbbüskarlarından biri olub.

Müvafiq qanun layihəsini həmin il dekabrın 22-də ölkə prezidenti Sadır Cəfərov imzalayıb.

Eyni zamanda Qırğızıstanın yeni bayrağında günəşin təsviri də dəyişdirilib.

 

 

Günel

Gununsesi.info