Dünya çempionatı: Bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq

  • By Günel
  • 16 İyun 2025 08:04

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın cüdoçusu mübarizə aparacaq.

Gununsesi.info xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq.

Onun ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək. Rəqib polşalı Pavel Drjimal və çinli Jianqnan Vanq arasındakı qarşılaşmanım qalibi olacaq.

Dünya çempionatı
16 iyun
81 kq

1/16 final. Zelim Tçkayev – Pavel Drjimal (Polşa) / Jianqnan Vanq (Çin) cütünün qalibi

Qeyd edə ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Eyni sayda kişi cüdoçudan isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 final mərhələsinədək irəliləyərək, 7-ci yerlə kifayətlənib.

Gununsesi.info