İrandan çıxa bilməyən məşhur müğənni kömək istədi - FOTO

Orta Şərqdə davam edən münaqişənin dördüncü günündə müğənni Lara İranda çətin vəziyyətdə qalıb.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, 2 il əvvəl voleybolçu Mehdi Kərimi ilə evlənən məşhur müğənni Lara İrana ailə ziyarəti üçün gedib. İzləyicilərinə müraciət edərək kömək istəyən Lara belə deyib:
İrandan çıxa bilməyən məşhur müğənni KÖMƏK İSTƏDİ - FOTO
“İrandayam. Burada vəziyyət çox kritikdir. Nə telefonlarımız işləyir, nə də internetə girə bilirik. Zəhmət olmasa dualarınızı əskik etməyin. Allahım, şərəfli İran xalqının yanında olsun”.
Bakupost.az