İsrailli nazir: İsrail İranda rejimi devirməyə çalışmır

  • By Günel
  • 16 İyun 2025 08:37

İsrail İranda rejimi dəyişməyə çalışmır.

Gununsesi.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar CNN-ə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail hökumətinin məqsədi İran rəhbərliyini devirmək deyil.

“Təhlükəsizlik Kabineti məqsədlər müəyyən edib – rejimi devirmək bu məqsədlərdən biri deyil. Bu, İran xalqının qərar verəcəyi məsələdir. Biz İran xalqını düşmənimiz hesab etmirik. 1979-cu ildə baş vermiş İslam inqilabına qədər, çox vəhşi bir rejim hakimiyyətə gələnə qədər İranla əla münasibətlərimiz olub…. Bunlar “Amerikaya ölüm, İsrailə ölüm” şüarı səsləndirən insanlardır”, – Saar bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda İsrailin ABŞ-yə İranın Ali Rəhbəri Əli Xameneini məhv etmək planını təqdim etdiyi, lakin ABŞ lideri Donald Trampın bu plana veto qoyduğu barədə xəbərlər yayılmışdı.

Gununsesi.info