İran şahının oğlu xalqı üsyana ÇAĞIRDI - VİDEO - FOTO

  • By Günel
  • 16 İyun 2025 08:14

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “Fox News” telekanalına müsahibə verib.

Gununsesi.info xəbər verir ki, Rza Pəhləvi İran xalqına ilk dəfə fars dilində müraciət edib.

Pəhləvi hökuməti devirməyə çağırış edib. “Xalqı qırğına verib, siçovul kimi bunkerdə gizlənir”  ifadəsini işlədən şah övladı, yaranmış sitiuasiyanı “İranı geri almaq üçün unikal fürsət” adlandırıb.

“Son 3 gün ərzində rejim 10 dəfə zəifləyib. Artıq dünya da anlamalıdır ki, gərginliyi azaltmağın, nüvə təhlükəsi də daxil olmaqla bütün təhdidlərə son qoymağın yeganə yolu bu rejimi aradan qaldırmaqdır. Məni daha da qəzəbləndirən odur ki, Əli Xamenei həmvətənlərimdən canlı qalxan kimi istifadə edir, özü isə hazırda hansısa yeraltı tuneldə siçovul kimi gizlənir. Yüksək rütbəli üzvlərin və məmurların artıq ailələrini xaricə göndərdikləri  barədə məlumatlar var”,- Pəhləvi bildirib.

Gununsesi.info müsahibənin görüntülərini təqdim edir:

İran şahının oğlu xalqı üsyana