Baydenin mühafizəçilərini Trampa təhvil verilir

ABŞ Məxfi Xidməti Co Baydenin bəzi mühafizəçilərini keçmiş prezident Donald Trampın müdafiə komandasına keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Times (NYT) məlumat yayıb.

Məxfi Xidmət keçmiş prezident Donald Trampın keçən ay sui-qəsd cəhdindən sonra onun təhlükəsizliyini müxtəlif yollarla gücləndirib.

Məsələ ilə tanış olan bir neçə şəxs cümə axşamı bildirib ki, prezident Baydenin təhlükəsizlik komandasının bir hissəsini müvəqqəti olaraq Trampa ötürülüb.

Bundan əlavə, Tramp indi kampaniya mitinqlərində gülləkeçirməz şüşə arxasında dayanaraq çıxış edəcək.

Adının çəkilməsini istəməyən məxfi xidmət rəsmisi bildirib ki, Ağ Evin mühafizəçilərinin bəzi rəhbərlərinin prezidentliyə namizədə təhvil verilməsi qeyri-adi addımdır.

Onun sözlərinə görə, bu qərar Baydenin səfər cədvəlinin azaldılması və Trampa qarşı zorakılıq təhlükəsinin artması ilə əlaqədar qəbul edilib.

Bundan əvvəl Tramp amerikalı iş adamı İlon Maska verdiyi müsahibədə iyul ayında Pensilvaniyada keçirilən mitinq zamanı onun həyatına sui-qəsdlə bağlı situasiyada ABŞ Məxfi Xidmətinin peşəkarcasına işlədiyini bildirmişdi.

Eyni zamanda, siyasətçi agentlərin koordinasiyasının olmadığını əlavə edib.

 

 

 

Günay

Gununsesi.info