
Bu günə olan faktiki hava şəraiti açıqlanıb.
Gununsesi.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.
Gununsesi.info