Ukrayna qoşunları irəliləyir Washington Post

Ukrayna qoşunları təkcə Rusiyanın Kursk vilayətində deyil, həm də Rusiya Federasiyasının Belqorod vilayətində də irəliləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə Washington Post qəzeti məlumat yayıb.

Nəşrin yazdığı kimi, “bu, Ukraynanın münaqişənin uduzan tərəfində olması ilə bağlı Qərbin təsəvvürünü dəyişdirən hücumun daha da geniş miqyası deməkdir”.

Eyni zamanda, WP Belqorod vilayətində döyüşlərin şiddətli getdiyini vurğulayır.

Nəşrin həmsöhbəti əlavə edib ki, Kursk vilayətindən fərqli olaraq Belqorod vilayətindəki rus qoşunları onların gəlişinə hazır görünürdü.

Ərazi tank əleyhinə maneələrlə möhkəmləndirilib və güclü minalanıb.

Ukrayna qüvvələri demək olar ki, dərhal artilleriya, pilotsuz təyyarələr və hava zərbələrinin intensiv hücumuna məruz qalıb.

“Ukraynalılar Rusiyanın tərk edilmiş mövqelərini ələ keçirərək on kilometrə yaxın irəlilədilər, lakin döyüşlər gərgin olaraq qaldı. Eyni zamanda çoxlu Ukrayna əsgəri yaralanıb”, – nəşr qeyd edir.

Rusiya Belqorod vilayətində quru döyüşlərini tanımayıb, lakin bölgənin qubernatoru fövqəladə vəziyyət elan edib.

 

 

Şəbnəm

Gununsesi.info