Rusiya ordusu Qara dənizdə 5 PUA zərərsizləşdirdi

  • By Günel
  • 16 Avqust 2024 09:51

Avqustun 16-na keçən gecə Rusiya ordusu Qara dəniz üzərində 5 pilotsuz uçuş aparatı zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Həmçinin bildirilib ki, Krım istiqamətində hərəkət edən 2 ədəd ekipajsız kater vurulub.

Sevastopolun qubernatoru Mixail Razvojayevin sözlərinə görə, PUA hücumu zamanı şəhərdə mülki obyektlərə zərər dəyməyib.

 

Gununsesi.info