Türkiyə Avropanın ən yaxşı yay tətilı ölkəsidir

2024-cü ildə Avropada yay tətili üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb. 

Gununsesi.info xəbər verir ki,  SchengenVisaInfo-nun Avropa Yay Turizm İndeksinə (ESTI) görə İspaniya Avropanın ən yaxşı istirahət məkanı kimi seçilib. Qardaş Türkiyə bu siyhaıda ikinci yerə yüksəlib.

Qiymətləndirmə çimərliyin keyfiyyəti, populyarlıq, həftəlik yerləşdirmənin orta qiyməti, temperatur, kulinariya xüsusiyyətləri və yerli sakinlərin mehribanlığı kimi meyarlar əsasında aparılıb. Yay tətili üçün ən yaxşı 10 ölkə belə görünür:

1. İspaniya

2. Türkiyə

3. Yunanıstan

4. İtaliya

5. Portuqaliya

6. Fransa

7. Monteneqro

8. Xorvatiya

9. Albaniya

10. Malta

Turizm üçün ən bahalı ölkələr İsveçrə, Fransa, Lixtenşteyn, Monako və Norveç, ən ucuz ölkələr isə Kosovo, Belarus, Serbiya, Şimali Makedoniya və Litvadır.

 

 

 

Gununsesi.info