
Ukraynalı desantlar Rusiyanın Kursk vilayətində həyata keçirilən əməliyyatın ilk saatlarının görüntülərini yayıblar.
Gununsesi.info xəbər verir ki, sözügedən görüntülər Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qüvvələri Komandanlığının feysbuk hesabında paylaşılıb.
Məlumata görə, əməliyyatın ilk saatlarında ukraynalı hərbçilər minatəmizləmə, sərhədi keçmə, eləcə də qarşı tərəfin müdafiə xəttini dağıtmaqla bağlı tədbirlər görüblər. Həmçinin əməliyyat zamanı aviasiya və artilleriya vasitələrindən də istifadə edilib.
Xatırladaq ki, avqustun 6-da Rusiya Kursk vilayətində ukraynalı hərbçilərin sərhədi keçdiyini açıqlayıb. Ukrayna tərəfi isə təqribən 1 həftəyə yaxın hadisə ilə bağlı açıqlama verməyib. Bunun ardınca isə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiy Kurskda əməliyyat keçirildiyini təsdiq edib. Ən son məlumata görə, Ukrayna həmin vilayətdə 82 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bununla yanaşı, “RBK-Ukraina” ukraynalı hərbçilərin Kurskda 102 rusiyalı hərbçinin əsir götürüldüyünü yazıb.
Gununsesi.info