Borrell Aİ-yə israilli iki nazirə sanksiyaların tətbiq edilməsini təklif edib

  • By Günel
  • 29 Avqust 2024 11:30

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Avropa İttifaqının (Aİ) 27 ölkəsinin hökumətlərinə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyaların tətbiq edilməsi təklifini təqdim edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.

Məlumata görə, siyasətçilər son zamanlar fələstinlilər əleyhinə verdikləri açıqlamalarla hiddətə səbəb olublar. Borrelin təklifinə əsasən, Smotriç və Ben-Qvirə nifrətin qızışdırılması və insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq oluna bilər. Bundan başqa, nazirlərin Aİ-dəki aktivləri də dondurulmalı və onların Aİ-yə daxil olmasına icazə verilməməlidir.

Qeyd olunub ki, sözügedən təklifin həyata keçirilib-keçirilməyəcəyi hələ bəlli deyil.

 

Gununsesi.info