Belqorod atəşə tutuldu, ölən və yaralılar var

  • By Günel
  • 29 Avqust 2024 10:12

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında yayıb.

Hadisə Şebekino şəhərində baş verib. İlkin məlumata görə, daha 2 sakin isə yaralanıb.

 

Gununsesi.info