Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb

  • By admin
  • 29 Avqust 2024 00:17

Fransada istintaq hakimi “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Gununsesi.info-nun xəbərinə görə,  bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.

 

Gununsesi.info