Durovun vəkili ona qarşı ittihamlara cavab verib

Telegram-ın yaradıcısı Pavel Durovun vəkili David-Olivier Kaminski müvəkkilinə qarşı ittihamları şərh edərək, onları absurd adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFP xəbər verir.

“Sosial şəbəkə rəhbərinin mesajlaşma xidmətindən istifadə etməklə törədilən cinayət əməllərində əli ola biləcəyini düşünmək tamamilə absurddur” -deyə vəkil bildirib.

David-Olivier Kaminski Telegram-ın digər sosial şəbəkələrlə eyni standartlara uyğun moderasiya edildiyini vurğulayıb.

Avqustun 28-də Durov məhkəmə nəzarətinə götürülüb və onun Fransa ərazisini tərk etməsi də qadağan edilib.

Prokurorluq sahibkarı altı qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

 

 

 

Gununsesi.info