Kardiologiya İnstitutu auditor seçir

  • By Günel
  • 29 Avqust 2024 09:53

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2023-cü ilin maliyyə hesabatlarının auditi və əlaqəli audit xidmətləri üçün kotirovka sorğusu elan edib.

Gununsesi.info xəbər verir ki, kotirovkada iştirak haqqı 25 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 11-I, saat 16:30-a qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, 85 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 11-I, saat 16:30-da qeyd olunan ünvanda baxılacaq.

 

Gununsesi.info